Xəstəxananın şöbə müdiri qətlə yetirildi

 Xəstəxananın şöbə müdiri qətlə yetirildi

Yevlax Rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin müdiri Bəyaz Cabbarov  bıçaqlanıb.

Bu barədə Asayis.az-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, hadisə ilə bağlı 21:45 radələrində təcili tibbi yardıma çağırış daxil olub və həkim briqadası əraziyə yollanıb.

B.Cabbarov Yevlax Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilərkən həkimlərin səyinə baxmayaraq, yolda dünyasını dəyişib.

Fakt üzrə aidiyyəti orqanlar tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, 65 yaşlı B.Cabbarov 2017-ci ildən Yevlax Rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin müdiri işləyib. 

11:42 - 12 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin