Azərbaycanda evdən kişi meyiti tapıldı

 Azərbaycanda evdən kişi meyiti tapıldı

Xaçmaz rayonunda kişi meyiti tapılıb.

Asayis.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Şıxlı kəndində qeydə alınıb.

Beləki, Şıxlı kənd sakini 1987-ci il təvəllüdlü Anar Mübariz oğlu Məstəliyevin özünə məxsus fərdi yaşayış evində meyiti aşkarlanıb.

Onun dəm qazından öldüyü ehtimal edilir.

Meyit müayinə üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

19:13 - 11 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin