Ağcabədidə ağır yol nəqliyyat hadisəsi baş verib. Asayis.Az xəbər verir ki, BAKU.WS-ə daxil olan məlumata görə, hadisə səhər saatlarında qeydə alınıb. Qəza zamanı "Mercedes" və LADA (VAZ) Priora markalı avtomobillər bir-birinə çırpılıb. Nəticəsə 3 nəfər xəsarət alıb, 1 nəfər isə dünyasını dəyişib.
Şahidlər iddia edirlər ki, hadisəyə səbəb yolların buz bağlamasıdır.