Uşağa siqaret çəkdirən yaxın qohumu CƏZALANDIRILDI - RƏSMİ

 Uşağa siqaret çəkdirən yaxın qohumu CƏZALANDIRILDI - RƏSMİ

Daxili İşlər Nazirliyi bir neçə gün öncə sosial şəbəkələrdə yayılmış azyaşlının siqaret çəkməsinə dair videogörüntüləri araşdırıb. Asayis.Az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, polis əməkdaşları tərəfindən həmin görüntülərin Şərur rayonu Xanlıqlar kənd sakini Mahmud Həsənov tərəfindən çəkilməsi müəyyən edilib.

Şərur Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 4 yaşlı bacısı oğlu ilə etdiyi hüquqazidd hərəkətlərə görə M.Həsənov polis orqanına dəvət edilib və barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Qeyd edək ki, Azərbaycanda yetkinlik yaşına çatmayan şəxslərə tütün məmulatlarının satılması və onların bu məmulatlardan istifadəsinin təşviq edilməsi qadağandır. Bu kimi əməllər qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır.

11:43 - 11 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin