Yol qəzasında ata və oğlu xəsarət alıb

 Yol qəzasında ata və oğlu xəsarət alıb

Salyanda baş verən yol qəzasında ata və oğlu xəsarət alıb. Asayis.Az “report”a istinadən xəbər verir ki, hadisə rayonun Arbatan kənd ərazisində qeydə alınıb.

Belə ki, yoı qəzası zamanı rayonun Marışlı kənd sakinləri, 1973-cü il təvəllüdlü Həziyev Mahir Firuddin oğlu və onun oğlu, 2006-cı il təvəllüdlü Həziyev Elnur Mahir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Onlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

11:05 - 11 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin