Hadise 13 il əvvəl ayrıldığı məşhur müğənni ilə eşq yaşayır?

 Hadise 13 il əvvəl ayrıldığı məşhur müğənni ilə eşq yaşayır?

2010-cu ildə böyük eşq yaşayıb ayrılan müğənnilər Hadise ilə Sinan Akçıldan xəbər var.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, illər sonra hər iki məşhurun adı birlikdə çəkilməyə başlayıb. Buna səbəb isə Sinanın uzun aradan  sonra Hadise ilə bağlı yazılan xəbərə reaksiya verməsi olub. 

Bu barədə "Beyaz Magazin" verilişində bildirilib. Aparıcı Pınar Eliçe keçmiş cütlük barədə başqa məqamları da açıqlayıb.  

Xatırladaq ki, məşhur cütlüyün ayrılmasına səbəb Sinanın telefonunda başqa bir xanımla səmimi görüntülərinin Hadisenin əlinə keçməsi olub. Xəyanətə uğradığını öyrənən sənətçi anında Sinandan ayrılıb.

 

16:20 - 10 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin