"Yabancı Damat"ın aktyoru bu serialda çəkiləcək - FOTO

Bir zamanların reytinqli layihələrindən olan "Yabancı Damat" serialının aktyoru Özgür Çevikin yeni ekran işi bəlli olub. Asayis.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, aktyor bu dəfə “Alparslan Büyük Selçuklu” adlı serialda çəkiləcək. O, layihədə bizanslı Leon obrazını canlandıracaq.

Özgür Çevik bundan əvvəl "İyilik" adlı ekran işində rol alıb. 

Xatırladaq ki, aktyora məşhurluq gətirən "Yabancı Damat" serialı 2004-2007-ci illərdə yayımlanıb. 

15:20 - 10 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin