Zaqatalada 300 cücə yanaraq tələf oldu

 Zaqatalada 300 cücə yanaraq tələf oldu

Zaqatalada köməkçi tikili yanıb, içərisindəki 300-ə yaxın cücə tələf olub.

Asayis.az-ın məlumatına görə, yanğın gecə saatlarında rayonun Aşağı Tala kənd sakini Heydərov Ramin Rauf oğluna məxsus köməkçi tikilidə baş verib.

Hadisə yerinə yanğınsöndürən texnika və canlı qüvvə cəlb olunub. Yanğın zamanı ümumi sahəsi 150 kv.m olan köməkçi tikilinin 15 kv.m sahəsi və 300 ədəd cücə yanıb. Tikilinin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğının baş vermə səbəbi araşdırılır.

14:06 - 10 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin