Bakıda tikinti materialları satılan mağazada yanğın olub

 Bakıda tikinti materialları satılan mağazada yanğın olub

Yanvarın 9-da paytaxtın Nərimanov rayonu, Ziya Bünyatov prospektində yerləşən tikinti materiallarının satışı mağazasında yanğın baş verib.

BAKU.WS xəbər verir ki, bu barədə “report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bakı Regional Qaz İstismarı Departamentinin rəisi Rauf Əhmədov hadisə haqqında bildirib ki, yanğın nəticəsində obyektdə 2 nəfər xəsarət alıb və tibbi müayinədən keçirilməsi üçün xəstəxanaya yerləşdiriliblər.

Onun sözlərinə görə, hazırda hadisənin baş vermə səbəbləri ilə əlaqədar yerində araşdırma aparılır: “Obyektin qaz təsərrüfatı və yaxınlığından keçən kommunikasiya xətlərində təsbit işləri görülür.

Həmçinin Departament rəisi qeyd edib ki, "Azəriqaz"ın əməkdaşları tərəfindən hadisə yerində müvafiq tədbirlər görülməkdədir.

20:22 - 9 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin