Bakıda 25 nəfər qara görə xəsarət aldı

 Bakıda 25 nəfər qara görə xəsarət aldı

Qarlı hava şəraiti ilə əlaqədar yıxılma səbəbilə Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 25 müraciət daxil olub.

TƏBİB-dən Asayis.Az-a verilən məlumata görə, onlardan 18-i qadın, 7-si kişidir.

Müraciətlər əsasən diz oynağı, çanaq, bilək, topuq, çiyin çıxığı, əl nahiyələrinin taravmaları ilə bağlı olub.

Xəsarət alanlardan biri uşaq, digərləri isə 20-62 yaş aralığında şəxslər olub.

Xəsarət alanların hər biri aidiyyəti üzrə tibb müəssisələrinə hospitalizasiya olunub.

19:30 - 9 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin