Maşın transformatora çırpıldı, vətəndaşlar narazılıq etdi - İddialara RƏSMİ CAVAB

 Maşın transformatora çırpıldı, vətəndaşlar narazılıq etdi - İddialara RƏSMİ CAVAB

Binəqədi rayonu 28 May qəsəbəsi ərazisində yol-qəza hadisəsi baş verib.

Asayis.Az BAKU.WS-ə istinadən xəbər verir ki, qəza zamanı renault markalı avtomobil transformatora çırpılıb.

Şikayətçi bildirir ki, transformator yaşayış evlərinin yaxınlığında yerləşir. Baş verə biləcək istənilən növ qəza hadisələri də faciəyə yol aça bilər. 

Məsələ ilə bağlı "Azərişıq" ASC-nın mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu BAKU.WS-in sorğusuna cavab olaraq bildirdi ki, artıq transfotmator bərpa edilib. Yerləşdiyi ərazi isə vətəndaşlar üçün təhlükəsizdir:

"Transformator qapalı tiplidir. Belə transformatorların ətrafında çəpər olmamalıdır. Bununla belə çəpər də qoyulub. Elektrik xətləri və transformatorlar şəhərsalmanın planına uyğun olaraq yerləşdirilir. Bu vətəndaşın istəyi ilə tənzimlənir. O ki qaldı təhlükə məsələsinə bu vətədaşlar üçün tam təhlükəsizdir".

17:06 - 9 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin