Qarlı hava ilə bağlı 12 nəfər xəsarət alıb

 Qarlı hava ilə bağlı 12 nəfər xəsarət alıb

Hava şəraiti ilə əlaqədar dünən axşam saatlarından etibarən Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna 12 nəfər (11 qadın, 1 kişi) müxtəlif dərəcəli bədən xəsarətləri ilə müraciət edib. Bu barədə Asayis.Az-a nazirlikdən məlumat verilib.

Qeyd olunub ki, zərərçəkənlərə tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.

15:39 - 9 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin