Azərbaycanda dəhşət! - Pişiklər asılaraq öldürüldü - Polisdən açıqlama - FOTO

 Azərbaycanda dəhşət! - Pişiklər asılaraq öldürüldü - Polisdən açıqlama - FOTO

Gəncə şəhərində pişiklər naməlum şəxslər tərəfindən asılaraq öldürülüb. 

Asayis.az xəbər verir ki,bu barədə görüntülər BAKU.WS-in "qaynar xətt"inə daxil olub. 

Bildirilir ki, şəhərdə pişiklər ip vasitəsilə asılıb. Hadisənin kimlər tərəfindən törədildiyi məlum deyil. 

Məsələ ilə bağlı DİN-in mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru Eşqin Qasımov BAKU.WS-ə açıqlamasında bildirdi ki, məsələdən xəbərdardırlar. Hazırda hadisənin hansı ərazidə və kim tərəfindən törədilməsi araşdırılır.

13:31 - 9 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin