Paytaxtın bu hissəsində hərəkət dayandı - Sürücülər maşını saxlayıb gözləyir

 Paytaxtın bu hissəsində hərəkət dayandı - Sürücülər maşını saxlayıb gözləyir

Paytaxtda, Dağüstü parkın yaxınlığında qar səbəbindən nəqliyyatın hərəkətində məhdudiyyətlər yarandığı iddia edilir. Asayis.Az xəbər verir ki, bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə göndərilib.

Məlumata görə, üzü Səbail rayonu istiqamətində yol olduqca sürüşkəndir. Bu səbəbdən də sürücülər maşını saxlayıb gözləməyə başlayıblar. 

O da qeyd edilir ki, yolun aşağı istiqamətlərində qəzalar baş verib və ərazi qardan təmizlənmir.

11:54 - 9 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin