"Sədərək"dəki yanğından son görüntülər, polislər alov içində - FOTO

"Sədərək" TM-də baş verən yanğınla əlaqəli polis və aidiyyəti dövlət qurumlarının əməkdaşları hadisə yerinə cəlb edilib.

Bu barədə Asayis.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

“Təhlükəsizlik tədbirləri görülür. Ziyanın miqyasını azaltmaq üçün tədbirlər görülür. Bu məqsədlə əraziyə əlavə canlı qüvvə çıxarılıb”, - deyə DİN rəsmisi qeyd edib.

Görüntülərdən də göründüyü kimi polis əməkdaşları öz həyatlarını təhlükəyə ataraq yanğının söndürülməsində, insanların xilas edilməsində əllərindən gələni əsirgəmirlər.

21:09 - 8 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin