Gürcüstanda 83 yaşlı soydaşımız itkin düşdü

 Gürcüstanda 83 yaşlı soydaşımız itkin düşdü

Gürcüstanda 83 yaşlı soydaşımız itkin düşüb. Azərbaycanlıların kompakt halda yaşadığı Qardabani rayonunun Nəzərli kənd sakini Aslanpaşa Mövlayev yanvarın 6-sı səhər saatlarında evdən çıxıb və bir daha geri qayıtmayıb.

İtkin düşən A.Mövlayevin yaxınları onun eşitmə məhdudiyyəti və əqli problemlərinin olduğunu bildiriblər.

16:45 - 8 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin