Gəncədə 14 yaşlı yeniyetmə naməlum səbəbdən vəfat etdi

 Gəncədə 14 yaşlı yeniyetmə naməlum səbəbdən vəfat etdi

Gəncədə kirayədə qalan yeniyetmə naməlum səbəbdən ölüb. Asayis.Az “qafqazinfo”ya istinadən xəbər verir ki, 2009-cu il təvəllüdlü Qusar rayon sakini Elnur Ulubəyovun qəflətən halı pisləşib.

O, yaxınları tərəfindən xəstəxanaya çatdırılıb. Lakin onun xəstəxanaya gətirilərkən artıq öldüyü məlum olub.

Yaxınları yeniyetmənin qızdırması olduğunu bildiriblər.

Qeyd edək ki, E.Ulubəyov Gəncədə kirayə qalırmış.

Faktla bağlı araşdırma aparılır.

14:11 - 8 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin