Ermənistanda Rusiya əleyhinə mitinq keçirilib - FOTO

 Ermənistanda Rusiya əleyhinə mitinq keçirilib - FOTO

Ermənistanın Gümrü şəhərindəki Rusiyanın 102-ci hərbi bazasının qarşısında nümayişlər keçirilib. Asayis.Az “Report”a istinadən xəbər verir ki, etirazçılar “Rusiya Türkiyə və Azərbaycanın müttəfiqidir!”, “Ar olsun belə müttəfiqə!”, “KTMT-yə yox!” və s. şüarlar səsləndiriblər.

Hazırda aksiya iştirakçıları ilə polis arasında qarşıdurma baş verir, saxlanılanlar var.

13:57 - 8 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin