Bakıda qaz borusu partlayıb, yanğın baş verib - FOTO

 Bakıda qaz borusu partlayıb, yanğın baş verib - FOTO

Bakının Nərimanov rayonunda yanğınla müşahidə edilən partlayış qeydə alınıb. Asayis,Az APA-ya istinadən xəbər verir ki, hadisə Əliyar Əliyev küçəsində qeydə alınıb.

Həmin küçədə yerləşən "Sərin" restoranının yaxınlığından keçən qaz borusunda partlayışla müşahidə edilən yanğın başlayıb.

Yanğının söndürülməsi üçün əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 4 briqadası cəlb edilib.

Alov ətrafa keçməsin deyə restoranın dam örtüyü sökülüb.

Əraziyə "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları da cəlb edilib.

Yanğın tam söndürülüb.

Təhlükəsizlik məqsədilə küçədə hərəkət polislər tərəfindən dayandırılıb.

11:53 - 8 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin