Bakıda restoranda yanğın olub

 Bakıda restoranda yanğın olub

Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 370 m² olan birmərtəbəli obyektin (restoran kimi fəaliyyət göstərir) dam örtüyünün yanar konstruksiyaları 100 m² sahədə yanıb.

Asayis.Az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, yüksək temperaturdan obyektin lambirdən ibarət tavanı 100 m² sahədə əriyib.

Obyektin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

11:09 - 8 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin