ABŞ-də 6 yaşlı uşaq müəllimini güllələdi - FOTO

 ABŞ-də 6 yaşlı uşaq müəllimini güllələdi - FOTO

ABŞ-nin Virciniya ştatının Nyuport Nyus şəhərində altı yaşlı birinci sinif şagirdi müəllimə atəş açıb.

Asayis.Az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.

Nəşrin məlumatına görə, 30 yaşlı qadın müəllim xəstəxanaya aparılıb.

Onun həyatının təhlükədə olduğu, hadisə zamanı şagirdin xəsarət almadığı qeyd olunub.

İnsidentin sinifdə mübahisə zamanı baş verdiyini bildirilib. Atəş açan şagird polisə aparılıb.

10:29 - 8 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin