Ərdoğan Türkiyədə Prezident seçkilərinin vaxtını AÇIQLADI

 Ərdoğan Türkiyədə Prezident seçkilərinin vaxtını AÇIQLADI

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsində prezident seçkilərinin 5 ay sonra keçiriləcəyini açıqlayıb. Asayis.Az Report-a istinadla xəbər verir ki, bu barədə Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Antalyada Kəpəz Turqut Özal İdman Salonunun qarşısında keçirilən Antalya Kollektiv Açılış Mərasimində çıxış edərkən deyib.

Ərdoğan Prezident seçkiləri mövzusuna da toxunub: “Önümüzdə 5 ay var, 5 ay boyunca dayanmaq yoxdur”.

16:25 - 7 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin