Azərbaycan və Türkiyə hərbçilərinin birgə hərbi təlimi keçiriləcək

 Azərbaycan və Türkiyə hərbçilərinin birgə hərbi təlimi keçiriləcək

Qarsda Azərbaycan və Türkiyə hərbçilərinin birgə hərbi təlimi keçiriləcək. Təlimlərdə iştirak edəcək heyəti artıq Türkiyədədir.

Asayis.Az xəbər verir ki, bununla bağlı barədə Türkiyə Milli Müdafiə Nazirliyi öz tviter hesabında paylaşım edib.

“Azərbaycan Silahlı Qüvvələrinin “QIŞ-2023” təlimlərində xidmət edəcək qəhrəman əsgərləri Qarsa gəliblər.

Qardaşlarımızı salamlayır və birlikdə olacağımız “QIŞ-2023” təlimlərində onlara uğurlar arzulayırıq”, - deyə paylaşımda qeyd edilib.

16:06 - 7 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin