"Türkiyədə oxuyan azərbaycanlı tələbələrin 80%-i ..." - KULTUROLOQ

Kulturoloq Aydınxan Əbilov qalmaqallı sözləri ilə diqqət çəkib. 

BAKU.WS xəbər verir ki, "Ümid ilə gəl" verilişinə qonaq olan Əbilov "Türkiyə universitetlərində təhsil alan azərbaycanlı tələbələrin 80%-i keçid balını yığmayan uşaqlardır" sözlərini söyləyib.

Onun bu fikirləri studiyadakı tamaşaçıların və ekspertlərin narazılığına səbəb olub. Onlar kulturoloqa kəskin şəkildə etiraz ediblər. 

Məlumat üçün bildirək ki, Aydınxan Əbilovun oğlu Türkiyədə təhsil alır.

13:35 - 7 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin