“Zeytun” aptekində satdığı bu dərmanlara görə cərimələndi

 “Zeytun” aptekində satdığı bu dərmanlara görə cərimələndi

Bakıda “Zeytun Pharmaceuticals” şirkətinə məxsus “Zeytun” aptekində dövlət qeydiyyatında keçirilməmiş dərmanların satışının təşkil edilməsi ilə bağlı məhkəmə prosesi başa çatıb.

Asayis.az-ın  məlumatına görə, Yasamal Rayon Məhkəməsinin hökmünə əsasən, “Zeytun-469” aptekin satıcısı Y.Soltanov (ad-soyad şərtidir) 3 min manat məbləğində cərimələnib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Y.Soltanov bildirib ki, onun çalışdığı  aptekdən dövlət qeydiyyatdan keçirilməmiş “Paxil", “Ventolin", "Janumet", “Triplixam”, "Forziga", “Rytmonorm", “Kardura", “Devit-3". "Estrofem", "Norvasc". "Dideral", “Cialis", "Viagra", “Kestine", “Zirtek", "İsoptin" markalı dərman vasitələri aşkar edilərək götürülüb.

Baxış zamanı aptekdən aşkar edilmiş qeydiyyatsız dərmanlar "Zeytun" və "Binə depo" şirkətlərindən əldə edilib. 

12:07 - 7 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin