Ağdaşın Qaroğlan, Pirəzə, Abad, Ağzıbir, Kotavan və Xınaxlı kəndlərinin on minə yaxın əhalisi 30 ildir ki, qaza həsrətdir. Asayis.Az-ın məlumatına görə, sakinlərin sözlərinə görə, aidiyyəti qurumlara məsələ ilə bağlı dəfələrlə müraciət etsələr də, problem həllini tapmayıb.
“Yandırmağa odun tapmırıq. Məhlədəki meyvə ağaclarımızı kəsib yandırırıq. Qar yağsa, burda əhali qalmayacaq”, - deyə kənd sakini qeyd edib.
Bəs görəsən, illərdir əziyyət çəkən sakinlərin qaz problemi nə vaxt həll olunacaq?