Müğənni Hadise türkiyəli aparıcı Seren Serengili polisə şikayət edib. Asayis.Az xəbər verir ki, sənətçi aparıcını onun şəxsi həyatı barədə efirdə danışdığı üçün polisə verib.
Seren prokurorluğa gələrək 3 saat ifadə verib, daha sonra isə jurnalistlərin suallarını cavablandırıb.
"Hadise məni Rza Zərrabla yaşadığı eşqlə bağlı şikayət edib. Biz də Rzanın keçmiş vəkili, Ebru Gündeş və vəkilini şahid olaraq göstərdik", - deyə Seren bildirib.