Britaniya şahzadəsindən ETİRAF: "25 nəfəri öldürmüşəm"

 Britaniya şahzadəsindən ETİRAF:

Böyük Britaniya şahzadəsi Harri Əfqanıstanda xidmət edərkən 25 nəfəri öldürdüyünü etiraf edib. Asayis.Az Sky News-a istinadla məlumatına görə, bu barədə Sasseks hersoqu özünün avtobioqrafik “Spare” (“Ehtiyat”) kitabında yazıb.

"Mən dəqiq deyə bilərəm ki, nə qədər düşmən döyüşçüsü öldürmüşəm... Deməli, məndə bu say 25-dir. Bu hal məni məmnun etməsə də, utanmadım", - o bildirib.

Britaniya şahzadəsi Əfqanıstanda iki çağırış müddətində xidmət edib.

Həmçinin şahzadə 17 yaşında narkotikdən istifadə etdiyini də bildirib.

Qeyd edək ki, "Spare" kitabının buraxılışı yanvarın 10-na nəzərdə tutulub.

18:11 - 6 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin