“Qalatasaray”ın vitse-prezidenti klub aldı - FOTO

 “Qalatasaray”ın vitse-prezidenti klub aldı - FOTO

"Qalatasaray"ın vitse-prezidenti Erden Timur Belçikada futbol klubu alıb. Asayis.Az "Sabah"a istinadla xəbər verir ki, Timur 3-cü divizionda mübarizə aparan "Şarlerua" komandasının sahibi olub.

Belçika klubu müqavilənin yanvarın 4-də İstanbulda imzalandığını açıqlayıb.

Klub satışla bağlı açıqlamasında prosesi "Şarlerua - Qalatasaray gələcəyə əl-ələ" şüarı ilə böyük layihə kimi qiymətləndirib. Erden Timurun kluba maliyyə və idman məsələlərində dəstək olacağı vurğulanıb. 

Həmçinin klubun məqsədinin 1-ci Liqaya çıxmaq olduğu bildirilib.

16:58 - 6 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin