"Qalatasaray"ın vitse-prezidenti Erden Timur Belçikada futbol klubu alıb. Asayis.Az "Sabah"a istinadla xəbər verir ki, Timur 3-cü divizionda mübarizə aparan "Şarlerua" komandasının sahibi olub.
Belçika klubu müqavilənin yanvarın 4-də İstanbulda imzalandığını açıqlayıb.
Klub satışla bağlı açıqlamasında prosesi "Şarlerua - Qalatasaray gələcəyə əl-ələ" şüarı ilə böyük layihə kimi qiymətləndirib. Erden Timurun kluba maliyyə və idman məsələlərində dəstək olacağı vurğulanıb.
Həmçinin klubun məqsədinin 1-ci Liqaya çıxmaq olduğu bildirilib.