Xətai rayonunda içməli su 5 aydır küçəyə axır? - İDDİA - RƏSMİ AÇIQLAMA

 Xətai rayonunda içməli su 5 aydır küçəyə axır? - İDDİA - RƏSMİ AÇIQLAMA

"Qurum əməkdaşları yeri əllə qazaraq görüblər ki, rezin boru ilə çəkilən su xətti sıradan çıxıb. Həmin su xətti bərpa edilib". Asayis.Az xəbər verir ki, bu barədə BAKU.WS-ə açıqlamasında “Azərsu” ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib.

"Xətai rayonu su kanal idarəsinin qəza briqadası əraziyə gedib. Orada fərdi su şəbəkələridir. Mərkəzi su şəbəkəsi qurulmayıb. Vaxtilə tikilmiş həyət evləridir. Tikilinin hasarının altından boru keçir. Ümumilikdə sözügedən ərazidə rezin, politilen və polad boru ilə çəkilən xətlər var. Gələcəkdə həmin ərazidə əsas daşıyıcı xətlərin yenilənməsi planlaşdırılır", - deyə A.Cəbrayıllı qeyd edib.

*** 14:39

Paytaxtın Xətai rayonu, Rəşid Bağırov 36 ünvanında içməli suyun küçəyə axdığı iddia edilir.

Bu barədə BAKU.WS-in "qaynar xətt"inə daxil olan şikayətə görə, vəziyyət 5 aydan çoxdur ki, belədir.

Bildirilir ki, hadisə ilə bağlı dəfələrlə "Azərsu" ASC-yə müraciət edilsə də məsələyə baxılmır. 

"Hər kəsin istifadə etdiyi gedişli-gəlişli yoldur. Sentyabr ayından "Azərsu" ASC-nin qaynar xətti, 955 nömrəsinə yüzlərlə zəng olunub. Lakin axıntı olan yer təmir edilmir. Ümumiyyətlə, məsələyə baxan yoxdur".

Problemlərlə bağlı “Azərsu” ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı BAKU.WS-in sorğusuna cavab olaraq bildirdi ki, məsələ ilə əlaqədar Xətai rayon sukanal idarəsinin baş mühəndisinə məlumat verilib. Problem fərdi xətlərdir və tədbir görüləcək.

16:33 - 6 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin