Rusiyanın Ukraynadakı müharibədə itkiləri - Detallar

 Rusiyanın Ukraynadakı müharibədə itkiləri - Detallar

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və hərbi texnikasının sayı açıqlanıb. Asayis.Az-ın BAKU.WS-ə istinadən məlumatına görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.

Döyüşlər nəticəsində Rusiyanın 110 250 hərbçisi zərərsizləşdirilib.

Bundan başqa, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 3 064 tank, 6 124 zirehli maşın, 2 059 artilleriya sistemi, 431 reaktiv yaylım atəşi sistemi, 215 hava hücumundan müdafiə sistemi, 285 təyyarə, 272 helikopter, 1 844 PUA, 723 qanadlı raket, 16 gəmi/qayıq, 4 797 avtomobil texnikası və avtosistern, 182 xüsusi texnikadan ibarətdir.

14:35 - 6 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin