Bu stadion Pelenin adını daşıyacaq - FOTO

 Bu stadion Pelenin adını daşıyacaq - FOTO

Braziliyalı əfsanəvi futbolçu, üçqat dünya çempionu Pelenin (Edson Arantes do Nascimento) adının Kolumbiyadakı stadionlardan birinə verilməsi qərara alınıb.

Asayis.Az xəbər verir ki, bu barədə FİFA-nın rəsmi saytı məlumat dərc edib.

Villavicencio şəhərindəki "Bello Horizonte" stadionunun adının dəyişdirilərək "Kral Pele" (Rey Pele) olacağı bildirilib.

Qeyd edək ki, stadion 1958-ci ildə tikilib və bu yaxınlarda modernləşdirilib.

Xatırladaq ki, xərçəngdən müalicə alan Pele 82 yaşında xəstəxanada vəfat edib.

13:53 - 6 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin