ABŞ-ın ən yaşlı qadını Bessi Hendriks 115 yaşında vəfat edib. Asayis.Az xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.
Nəşrin məlumatına görə, Hendriks ABŞ-da yaşayan ən yaşlı, dünyada isə dördüncü insan olub.
Hendriks 1907-ci ildə Ayova ştatında anadan olub. onun həyat yoldaşı 1995-ci ildə vəfat edib.
O, 21 ABŞ prezidenti, iki Dünya Müharibəsi, Vyetnam müharibəsi, Soyuq Müharibə və COVID-19 pandemiyası dövründə yaşamışdır.