41 yaşlı qadının ölümünə küçə itləri səbəb olub?

 41 yaşlı qadının ölümünə küçə itləri səbəb olub?

Abşeron rayon Masazır qəsəbəsində sahibsiz küçə itlərinin 41 yaşlı qadının ölümünə səbəb olduğu iddia edilir. 

Asayis.Az Baku tv-yə istinadən xəbər verir ki, İnci İskəndərova 4 ay öncə "Qurtuluş 93" yaşayış massivində itlərin hücumuna məruz qalıb. 

Məlumata görə, itlər qadına binanın qarşısında hücum edib. O, aldığı xəsarətlərdən bir müddət xəstəxanada qalsa da, ötən gün dünyasını dəyişib. 

Mərhumun rəfiqəsinin sözlərinə görə, qadının iki övladı var. 

Sahibsiz itlərdən gileylənən qadın küçə-bacada övladlarının da başına eyni işin gələcəyindən qorxur. O bildirir ki, dəfələrlə məsələ ilə bağlı icra hakimiyyətinə ərizə ilə müraciət edib. Lakin şikayətinə baxılmayıb:

"Qapı qonşum var idi. Yaşlı, şəkər xəstəsi olan kişiyə 10-a yaxın it hücum elədi, iflic oldu".

12:44 - 6 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin