Vasif Talıbova məxsus daşınmaz əmlakların sənədləri itib

 Vasif Talıbova məxsus daşınmaz əmlakların sənədləri itib

Naxçıvanda yerləşən "Gəmiqaya Şirkəti" MMC-yə məxsus torpaq sahələrinin çıxarışları və digər sənədləri itib.

Asayis.Az xəbər verir ki, "Report"un əldə etdiyi məlumata görə, bununla bağlı şirkət əlaqədar qurumlara müraciət edib.

Belə ki Naxçıvan şəhəri, Tumbul kəndində yerləşən "Gəmiqaya Şirkəti" MMC-yə məxsus iki torpaq sahəsinin plan və ölçüləri, eləcə də MH-0047251 və MH-0047252 seriya nömrəli çıxarışları itdiyi üçün etibarsız sayılıb.

Qeyd edək ki, "Gəmiqaya Şirkəti" MMC-nin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbova məxsus olduğu bildirilir.

11:48 - 6 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin