Bu gün Tbilisi prospektində "Opel" markalı maşın hərəkətdə olarkən yanmağa başlayıb. Asayis.Az xəbər verir ki, bu barədə görüntülər BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Məlumata görə, 10-ST-432 dövlət nömrə nişanlı avtomobil işıqforda dayanarkən qəfil alışıb və yanmağa başlayıb.
Hadisə zamanı ölən və yaralananların olması ilə bağlı heç bir məlumat yoxdur.