Bakıya qayıdarkən təyyarədə öldü

 Bakıya qayıdarkən təyyarədə öldü

Yanvarın 4-də Ankara-Bakı reysi üzrə Azərbaycana gələn sərnişin təyyarəsində ölüm hadisəsi baş verib. Asayis.Az Qafqazinfo-ya istinadla xəbər verir ki, saat 14 radələrində Türkiyədən Bakıya gələn təyyarədə olan sərnişin, Sumqayıt şəhər sakini 1966-cı il təvəllüdlü Qəzənfər Məmmədov dünyasını dəyişib. Onun onkoloji xəstəlikdən əziyyət çəkdiyi və bu xəstəlik ucbatından vəfat etdiyi məlum olub.

Mərhumun nəşi aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

13:24 - 5 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin