Vilayət Eyvazovdan əmr - Bu rayona yeni yol polisi rəisi təyin edildi

 Vilayət Eyvazovdan əmr - Bu rayona yeni yol polisi rəisi təyin edildi

Xaçmaz Rayon Dövlət Yol Polisi Şöbəsinə yeni rəis təyin edilib. Asayis.Az report-a istinadən xəbər verir ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov bununla bağlı əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Füzuli Əsədov həmin şöbənin rəisi təyin olunub.

Qeyd edək ki, F.Əsədov bu təyinatadək Xızı Rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi vəzifəsində çalışıb.

12:55 - 5 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin