Gəncədə 36 kq narkotiki gizlədən qadın saxlanılıb - FOTO

 Gəncədə 36 kq narkotiki gizlədən qadın saxlanılıb - FOTO

Gəncə Şəhər Baş Polis İdarəsi 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini Diana Mehdiyeva saxlanılıb. Asayis.Az apa-ya istinadən xəbər verir ki, onun üzərinə baxış keçirilən zaman 5.54 qram narkotik vasitə olan marixuana aşkar edilib. Saxlanılan şəxsin ətrafında davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki istifadəyə yararsız tikilidə gizlətdiyi 6 torbada ümumi çəkisi 36 kq 745 qram marixuana da aşkar edilib.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktla bağlı Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

12:35 - 5 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin