Bakıda zəncirvari qəza olub, yaralılar var - FOTO

 Bakıda zəncirvari qəza olub, yaralılar var - FOTO

Bakının Binəqədi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Asayis.Az APA-ya istinadən xəbər verir ki, hadisə Svetlana Məmmədova küçəsində qeydə alınıb. "Toyota Land Cruiser", "Mercedes" və "Khazar" maralı avtomobillər toquşub.

Qəza nəticəsində "Mercedes" markalı avtomobildə olan üç nəfər ağır dərəcəli bədən xəsarətləri alıb. Onların vəziyyətləri ağır qiymətləndirilir. "Toyota Land Cruiser"də olan bir nəfər də xəsarət alıb. Yaralılar təcili yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.

Əraziyə polis əməkdaşları cəlb edilib. Hadisənin təfərrüatları araşdırılır.

10:37 - 5 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin