Tanınmış vəkil Tehranda öldürüldü - FOTO

 Tanınmış vəkil Tehranda öldürüldü - FOTO

İranın paytaxtı Tehranda tanınmış vəkil molla rejimi tərəfindən öldürülüb. Asayis.Az xəbər verir ki, bu barədə azad İran teleqram kanalı məlumat yayıb.

Nərgiz Xurrəmifərd etiraz aksiyalarında saxlanılanları müdafiə edən vəkillərdən biri olub. Onun hansı şəraitdə öldürüldüyü barədə əlavə məlumat yoxdur.

Qeyd edək ki, İranda üç aydan çoxdur davam edən etiraz aksiyalarında 37 vəkil həbs edilib. Onlardan bir neçəsi girov qarşılığında müvəqqəti azad edilsə də, hazırda əksəriyyəti zindanlarda saxlanılır.

09:47 - 5 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin