Dəm qazından daha iki nəfər zəhərləndi

 Dəm qazından daha iki nəfər zəhərləndi

Gəncədə iki nəfər dəm qazından zəhərlənib. Asayis.Az apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin Atatürk prospektində yerləşən binaların birində qeydə alınıb.

1970-ci il təvəllüdlü Mayıl Abdulayev və 1975-ci il təvəllüdlü Ruhiyyə Bağırova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Məlumata görə, onlar yaşdıqları evdə dəm qazından zəhərləniblər.

09:28 - 5 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin