Bakıda iki avtomobil toqquşub - Xəsarət alan var

 Bakıda iki avtomobil toqquşub - Xəsarət alan var

Bakının Nərimanov rayonunda iki minik avtomobili toqquşub. Asayis.Az apa-ya istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Avtomobillərdən biri yol nişanını aşırıb.

Qəza nəticəsində bir nəfər xəsarət alıb. Avtomobillər ərazidən uzaqlaşdırılıb. Hadisənin təfərrüatı araşdırılır.

20:35 - 4 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin