Ukrayna SQ Baş Qərargahı Rusiyanın yeni itkilərini açıqlayıb

 Ukrayna SQ Baş Qərargahı Rusiyanın yeni itkilərini açıqlayıb

Ukrayna hərbi hava qüvvələri yanvarın 4-də Rusiya qoşunlarının cəmləşdiyi ərazilərə 17, Rusiya Federasiyasının zenit-raket komplekslərinin mövqelərinə isə 4 zərbə endirib.

Asayis.Az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilir ki, Ukraynanın raket qoşunları və artilleriya bölmələri rus qoşunlarının 2 toplanma məntəqəsini, hərbi texnikanı və sursat anbarını vurub.

Bundan başqa, Rusiya qoşunları Donetsk vilayətinin Konstantinovka şəhərində mülki hədəflərə üç raket zərbəsi endirib, reaktiv yaylım atəşi sistemlərindən 14 dəfə atəş açıb.

20:12 - 4 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin