Gedənlər qayıdır, avtovağzallarda sıxlıq yaşanır

 Gedənlər qayıdır, avtovağzallarda sıxlıq yaşanır

Bayram tətili başa çatır. Rayonlara gedənlər geri qayıdır. Bu səbəbdən avtovağzallarda müəyyən sıxlıq yaşanıb. Asayis.Az xəzər xəbər-ə istinadən xəbər verir ki, Gəncə şəhər Avtovağzal Kompleksində də canlanma müşahidə olunur.

Sıxlığın əsas səbəbi də paytaxta üz tutanların sayının kəskin artmasıdır. Bunun bilet əldə etməklə bağlı çətinlik yaratması isə qaçılmazdır. 

Bu səbəbdən də, sərnişinlərə öncədən bilet almaq tövsiyyə edilir. 

Qeyd edək ki, avtovağzalın yaxınlığında kiçiktutumlu nəqliyyat vasitələri paytaxta sərnişin daşınması həyata keçirir. 

Lənkəran şəhər Avtovağzalında da paytaxtda üz tutanların sayında artım müşahidə olunur.

Sərnişin sıxlığının hiss edilməməsi və narahatlıq yaranmaması üçün xəttə əlavə avtobuslar buraxılıb. Eyni zamanda süni qiymət artımının yaşanmaması üçün nəzarət gücləndirilib. 

Zaqatala Avtovağzalında da adi günlərə nisbətən sıxlıq yaşanır. Avtovağzal rəsmisinin sözlərinə görə, dünəndən etibarən güclənirilmiş iş rejimi ilə fəaliyyət göstərirlər.

19:23 - 4 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin