General-leytenant Etibar Mirzəyev hadisə yerində Etibar Mirzəyev hadisə yerində

 General-leytenant Etibar Mirzəyev hadisə yerində Etibar Mirzəyev hadisə yerində

Bu gün Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış baş verib. 

Asayis.az xəbər verir ki, fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerinə baş çəkib, ərazidəki vəziyyətlə maraqlanıb. Hazırda FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülür.

Qeyd edək ki, hadisə onsəkkizmərtəbəli yaşayış binasının 17-ci mərtəbəsində yerləşən mənzildə baş verib. İlkin ehtimala əsasən, məişət qazının sızması nəticəsində yanğınla müşahidə olunmayan partlayış baş verib. Nəticədə 1 nəfər həlak olub, 3 nəfər xəsarət alıb.

21:02 - 2 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin