Şəki sakini intihar edib

 Şəki sakini intihar edib

Şəkidə 56 yaşlı kişi intihar edib.

Asayis.az "report"a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Şəki şəhərində qeydə alınıb.

Belə ki, Şəki şəhər sakini, 1967-ci il təvəllüdlü Bəxtiyar Hüseynov usta fəaliyyəti ilə məşğul olduğu iş yerində özünü asıb.

Məlumata görə, intihar edən 56 yaşlı B. Hüseynov uzun illər usta kimi fəaliyyət göstərib.

Faktla bağlı araşdırma aparılır.

20:59 - 2 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin