Rusiya paytaxtında yeni temperatur rekordu qeydə alınıb.
Asayis.az APA-ya istinadən xəbər verir ki, Moskvada 1-dən 2-nə keçən gecə +6,2 dərəcə istilik qeydə alınıb.
Bu göstərici hava temperaturunun müşahidəsi tarixində yanvarın 2-si üçün maksimum olub.
Yanvarın 1-də Moskvada hava +4,5 dərəcəyə qədər istiləşib və bununla da yarım əsr əvvəlki rekordu yeniləyib. Belə ki, 1 yanvar tarixi üçün əvvəlki rekord 1973-cü ildə qeydə alınıb, o zaman havanın temperaturu +4,2 dərəcə olub.
Sinoptiklər həftə sonundan havanın temperaturunun kəskin dəyişəcəyini, -20 dərəcədən aşağı düşəcəyini bildiriblər.