Ağcəbədidə 70 yaşlı qocanı avtomobil vurub

 Ağcəbədidə 70 yaşlı qocanı avtomobil vurub

Ağcabədi rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Asayis.az "report"a istinadən xəbər verir ki, avtomobil yolu keçən 1953-cü il təvəllüdlü Niftalıyev Fikrət Səməd oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sağ baldır sümüklərinin yerdəyişən sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

11:31 - 2 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin